BAKI, 12 mart. TELEQRAF

Dünya Taekvondosunun 2025-ci ilin mart ayı üçün reytinq siyahısı açıqlanıb.

Teleqraf xəbər verir ki, Azərbaycan milli komandasının taekvondoçusu Qaşim Maqomedov siyahıda 58 kq çəki dərəcəsi üzrə ikincidir. Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və Avropa çempionunun aktivində 124.32 xal var.

Qeyd edək ki, siyahıya 200 xalla Cənubi Koreya təmsilçisi Pak The Cun başçılıq edir.