BAKI, 18 fevral. TELEQRAF

Bakı Böyük Dəbilqə turnirinin ardınca paytaxt Bakıda beynəlxalq təlim-məşq toplanışı start götürüb.

Teleqraf xəbər verir ki, 17-21 fevralda Cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan toplanışda 14 ölkədən 100-dən çox cüdoçu iştirak edir.

Toplanışa Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycanın idmançılar qatılıb.

Beynəlxalq təlim-məşq toplanışı cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.