
BAKI, 14 fevral. TELEQRAF
Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.
Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında üç gün davam edəcək nüfuzlu yarışda ümumilikdə 36 ölkədən 258 cüdoçu mübarizə aparacaq.
Azərbaycan 154 000 avro mükafat fonduna malik turnirdə 12 çəki dərəcəsi üzrə 23 kişi və 9 qadın idmançı ilə təmsil olunacaq.
İlk yarış günündə qadınlardan 48 kq çəki dərəcəsində Leyla Əliyeva, Könül Əliyeva və Şəfəq Əliyeva, 57 kq-da Fidan Qasımova və Fidan Əlizadə, kişilərdən 60 kq-da Əhməd Yusifov, Murad Muradlı və Balabəy Ağayev, 66 kq-da Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Yelkiyev və Elşən Əsədov mübarizə aparacaq.
Böyük Dəbilqənin ikinci günündə qadınlardan 63 kq-da Nərgiz Hacıyeva, 70 kq-da Südabə Ağayeva və Günel Həsənli, kişilərdən 73 kq-da Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə və Qədir Hüseynov, 81 kq-da Zelim Tçkaev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev və Süleyman Şükürov tatami üzərinə çıxacaq.
Turnirin son günündə isə qadınlardan 78 kq-da Nigar Süleymanova, kişilərdən 90 kq-da Tuncay Şamil və Əli Qazıməmmədov, 100 kq-da Əjdər Bağırov və Davud Namazlı, 100 kq-dan yuxarı çəkidə isə Uşangi Kokauri, Camal Feyziyev, Kənan Nəsibov və Ramazan Əhmədov yarışacaq.
Qeyd edək ki, turnirin ilkin görüşləri bu gün və fevralın 16-da saat 12:00-da, fevralın 15-də saat 11:30-da başlanacaq. Açılış mərasimi şənbə günü saat 16:15-ə təyin olunub. Final görüşləri isə hər gün saat 17:00-da start götürəcək.
Kişilər
60 kq
Əhməd Yusifov - Ənvəryon İbrohimov (Özbəkistan)
Murad Muradlı - Telqelsar Munxyarqal (Monqolustan)
Balabəy Ağayev - Mendsayxan Nyamsuren (Monqolustan)
66 kq
Yaşar Nəcəfov - Markus Auer (Avstriya) / İvan Çernik (Rusiya) cütünün qalibi
Ruslan Paşayev - Əzizbek Artikov (Özbəkistan) / Kanat Seilxan (Qazaxıstan) cütünün qalibi
Rəşad Yelkiyev – Cuzeppe De Tulliyo (Italiya)
Elşən Əsədov - Zamihşari Bekmuradov (Özbəkistan)
73 kq
Rəşid Məmmədəliyev - Anqsarbek Qaunillin (Qazaxıstan)
İbrahim Əliyev - Tatsuki İşihara (Yaponiya)
Vüsal Qələndərzadə - Leonardo Valeriyani (İtaliya)
Qədir Hüseynov - Donqhyun Bae (Cənubi Koreya)
81 kq
Zelim Tçkayev – Leonardo Kasaqliya (İtaliya)
Ömər Rəcəbli - Artur Marqelidon (Kanada)
Məhərrəm İmamverdiyev - Yan Svoboda (Çexiya)
Süleyman Şükürov - Nas Herkoviç (Sloveniya)
90 kq
Tuncay Şamil - Didar Həmzə (Qazaxıstan)
Əli Qazıməmmədov - Fabiyan Kansi (Almaniya)
100 kq
Əjdər Bağırov - Karamnob Saqaypov (Livan)
Davud Namazlı - Niyaz Bilalov (Rusiya)
+100 kq
Camal Feyziyev - Yerassul Kazbayev (Qazaxıstan)
Ramazan Əhmədov - İbrahim Tataroğlu (Türkiyə)
Uşanqg Kokauri - Movli Borşaşvili (Avstriya) / Co Kesarino (Braziliya) cütünün qalibi
Kənan Nəsibov - Yevgeni Balyevski (Ukrayna)
Qadınlar
48 kq
Leyla Əliyeva - Qiulya Qiqlion (İtaliya)
Könül Əliyeva - Andrea Stoyadinov (Serbiya)
Şəfəq Həmidova - Kaskulin Sprinqer (Avstriya)
57 kq
Fidan Qasımova - Veronika Tonilo (İtaliya)
Fidan Əlizadə - Yevgeniya Qayis (Sloveniya)
63 kq
Nərgiz Hacıyeva - Nataliya Kropska (Polşa)
70 kq
Südabə Ağayeva - Şiho Tanaka (Yaponiya)
Günel Həsənli - Lara Svyetko (Xorvatiya)
+78 kq
Nigar Süleymanova - Kristina Homan (Ukrayna)