BAKI, 11 fevral. TELEQRAF

Taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvləri Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək "Fujairah Open" beynəlxalq turnirdə iştirak edəcəklər.

Teleqraf xəbər verir ki, 9-13 fevral tarixlərində təşkil ediləcək G2 kateqoriyalı yarışda ölkəmizi yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçi Cəlil Abdullayev, məşqçi Zahid Məmmədovun rəhbərliyi altında 29 idmançı təmsil edəcək.

Qeyd edək ki, yeniyetmə yaş qrupu üzrə yarışlar fevralın 12-də baş tutacaq.