BAKI, 16 iyun. TELEQRAF
Nazirlər Kabineti sənaye və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı yeni qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiqlənib.
Eyni zamanda, sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, ƏDV və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı da müəyyənləşdirilib.
Qərar Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub və sənaye parklarında investisiya fəaliyyətinin təşviqinə, müasir texnologiyaların tətbiqinə və istehsal imkanlarının genişləndirilməsinə xidmət edir.
Başlıqlar