BAKI, 16 iyun. TELEQRAF
Nazirlər Kabineti kənd təsərrüfatı sektorunda istifadə olunan bir sıra avadanlıqların və baytarlıq preparatlarının siyahılarını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, həmçinin bu sahələrdə istifadə olunan laboratoriya avadanlıqlarının, eləcə də toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün nəzərdə tutulan maşınların siyahısı təsdiq edilib.
Eyni zamanda, kənd təsərrüfatı heyvanları və quşların profilaktikası, diaqnostikası və müalicəsində istifadə olunan, idxalı ƏDV-dən azad edilən baytarlıq preparatlarının siyahısı da təsdiqlənib.
Qərar Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli Fərmanının icrasının təmin olunması məqsədilə qəbul edilib.