BAKI, 12 iyun. TELEQRAF

Cəbrayıl rayonunda bərpa olunan enerji mənbələri üçün ayrılmış torpaq sahəsinin artırılması ilə bağlı qərara dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” 2024-cü il 29 oktyabr tarixli qərarda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin həcmi 229 hektardan 263,36 hektara çatdırılıb.

Qərar “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun tətbiqi ilə bağlı Prezident fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.