BAKI, 10 iyun. TELEQRAF
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Prezident İlham Əliyevin “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili ilə bağlı fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.
Dəyişikliyə əsasən, siyahıdan əvvəlki qurum çıxarılıb və onun yerinə “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti əlavə edilib.