BAKI, 9 iyun. TELEQRAF

Nazirlər Kabineti ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydalarını təsdiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.

Sənədə əsasən, ümumi istifadədə olan dəmiryol nəqliyyatı infrastrukturunun saxlanılması, istismarı və ondan istifadə qaydaları müəyyən edilib.