BAKI, 2 iyun. TELEQRAF
Aviasiya personalına verilən şəhadətnamələrin tanınması qaydaları dəyişdirildi.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2025-ci il 11 aprel tarixli 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Mülki Aviasiya Agentliyi ərizəçinin müraciəti əsasında digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməni beynəlxalq aviasiya standartlarının tələblərinə uyğun olaraq Azərbaycan aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya etmək hüququ əldə edib.
Qərarla, qaydaların 32.3-cü bəndinin üçüncü cümləsi çıxarılıb.
Eyni zamanda, sənədə yeni 32.4-cü bənd əlavə olunub. Həmin bəndə görə, konvertasiya prosesi zamanı Agentlik ərizəçidən mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim keçməyi və ya imtahan verməyi tələb edə biləcək.