BAKI, 16 mart. TELEQRAF

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, XII əsr Azərbaycan memarlığının görkəmli abidələrindən olan Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək tapşırılıb. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görməlidir.