BAKI, 16 mart. TELEQRAF

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.