BAKI, 27 fevral. TELEQRAF
Azərbaycanda reabilitasiya xidmətləri göstərən özəl mərkəzlərin xüsusi razılıq əsasında fəaliyyət göstərməsi və buna müntəzəm nəzarət təklif olunur.
Teleqraf xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məruzədə həmçinin, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması üçün mexanizmlərin hazırlanması təklifi də yer alıb.