BAKI, 27 fevral. TELEQRAF
Əhalinin psixi sağlamlığının qorunması, narkomaniya ilə mübarizənin gücləndirilməsi və risk qrupları üçün sosial-psixoloji dəstək şəbəkəsinin genişləndirilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Təkliflər paketində narkomaniya və toksikomaniyaya qarşı mübarizənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bu sahədə qurumlararası koordinasiyanın artırılması əsas yer tutur.
Eyni zamanda, ağır psixi pozuntuların qarşısının alınması və bu şəxslərin hüquqlarının qorunması məqsədilə Psixi Sağlamlıq Sahəsində Milli Strategiyanın qəbulunun sürətləndirilməsi irəli sürülüb. Həmçinin, reabilitasiya xidməti göstərən özəl mərkəzlərin fəaliyyətinə ciddi nəzarət və xüsusi razılıq (lisenziya) sisteminin tətbiqi zəruri hesab edilir