BAKI, 25 fevral. TELEQRAF

Nazirlər Kabineti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydalarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklər 2025-ci il 14 fevral tarixli qanunun və Prezidentin 1 aprel 2025-ci il tarixli fərmanının icrası çərçivəsində həyata keçirilib.

Qərara əsasən, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.8-ci bəndinə əlavə edilib.

Yeni dəyişikliklə:

Şəxsin hərbi qeydiyyatda olduğu qurum barədə məlumat da nəzərə alınacaq;

Bu çərçivədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti də prosesə daxil edilir.