BAKI, 25 fevral. TELEQRAF
Nazirlər Kabineti elektrik enerjisinin təchizatının dayandırılmasına icazə verilməyən istehlakçıların siyahısında dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların Siyahısı”na yeni qurum daxil edilib.
Belə ki, siyahıya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi əlavə olunub.
Bu dəyişiklikdən sonra Dövlət Dəniz və Liman Agentliyi artıq birinci dərəcəli istehlakçı hesab olunur, bu qurumun elektrik enerjisi təchizatı dayandırıla bilməz.
Qurum siyahının “Büdcədən qismən maliyyələşdirilən təsərrüfat hesablı istehlakçılar” bölməsinə əlavə edilib.