BAKI, 25 fevral. TELEQRAF
Nazirlər Kabineti “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı ilə bağlı mühüm qərara dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişiklik “Azərbaycan Beynəlxalq Bankı”ndan alınmış problemli aktivlərin idarə olunması ilə bağlı yaradılmış Müsabiqə Komissiyasının tərkibini əhatə edir.
Qərara əsasən, komissiyanın tərkibində yer alan şəxs dəyişdirilib.
Yeni qərara görə:
Azər Bayramov (maliyyə nazirinin müavini) komissiyanın tərkibindən çıxarılıb, onun yerinə Anar Kərimov (maliyyə nazirinin birinci müavini) təyin edilib.
Qərar aşağıdakı aktivləri əhatə edir:
Balans dəyəri 1 milyon manatdan çox olan əmlaklar,
Yerli və xarici aktivlər,
Bu aktivlər üzrə borcların tələb hüquqları.
Bu aktivlər “Aqrarkredit” tərəfindən “Azərbaycan Beynəlxalq Bankı”ndan alınmış problemli aktivlər əsasında formalaşıb.