BAKI, 14 fevral. TELEQRAF

Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibəsində deyib.

“Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq”, - deyə dövlət başçısı bildirib.