BAKI, 10 fevral. TELEQRAF
Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad olunub.