BAKI, 10 fevral. TELEQRAF

“İlk dəfə idi ki, infarkt keçirirdi. Heç vaxt ağrıları olmamışdı. Hətta Türkiyəyə gedəndə də ağrısı yox idi".

Teleqraf xəbər verir ki, bu fikirləri sabiq deputat Fəzail Ağamalının həyat yoldaşı Suqra İmanova vida mərasimində jurnalistlərə deyib.

"Ankaraya müayinə üçün getmişdi, amma xəstəxanaya da çata bilmədi, vəfat vetdi. Heç nə arzulamıram. Bircə deyirəm heyif, çox heyif ondan...”, - deyə bildirib.

Qeyd edək ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra dünən Ankarada vəfat edib. O, uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.