BAKI, 9 fevral. TELEQRAF
Nazirlər Kabineti dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarına dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Prezidentin 2025-ci il 30 may tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub və Nazirlər Kabinetinin 2024-cü il 22 iyul tarixli 352 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları əhatə edir.
Dəyişikliyə əsasən, qaydaların 3.31.12-ci yarımbəndi yeni redaksiyada təqdim olunub. Yenilənmiş mətnə görə, dəmiryol nəqliyyatı vasitələrinin və onların daxili avadanlığının zədələnməsinə yol verilməməsi ayrıca bənd kimi təsbit edilir.