BAKI, 6 fevral. TELEQRAF

Nazirlər Kabineti 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə sərəncam verib.

Teleqraf xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

Sərəncama əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmalarını nəzərə alaraq şəhərsalma və tikinti qanunvericiliyini təhlil etməli, beynəlxalq təcrübəni araşdırmalı və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.