BAKI, 5 fevral. TELEQRAF
Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsində dəyişikliklərin icrası ilə bağlı sərəncam verib.
Teleqraf xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə normativ hüquqi aktların Prezidentin müvafiq fərmanına uyğunlaşdırılması ilə bağlı təklifləri beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay ərzində fərmanın icrasından irəli gələn tədbirləri həyata keçirmək tapşırılıb. Ədliyyə Nazirliyi isə uyğunlaşdırma prosesini təmin edərək altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.