BAKI, 30 yanvar. TELEQRAF
Şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə işinin aparılması məqsədilə “Bakı şəhərsalma həftəsi” çərçivəsində, həmçinin “Ümumdünya Məskunlaşma Günü” və “Ümumdünya Şəhərlər Günü” ilə bağlı yerli və beynəlxalq tədbirlər təşkil olunacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda yer alıb.