BAKI, 30 yanvar. TELEQRAF
Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, Sərəncama əsasən, Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifi nəzərə alınaraq elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər mükafatlandırılıb.
2026-cı il Gənclər üçün Prezident mükafatları aşağıdakı şəxslərə verilib:
Ağadadaşov Sərxan Əbülfət oğlu
Ağayev Şahmar Zöhrab oğlu
Həsənova Elmina Qəhrəman qızı
Həsənova Leyla Elçin qızı
İsmayıllı Aynur Telman qızı
İsmayılov Mahmud Azər oğlu
Leysanova Hacıyeva Gülbağda Seyfəl qızı
Məmmədova Lamiyə Famil qızı
Novruzov Səməd Əbülqasım oğlu
Tağızadə Mahir Tahir oğlu.