BAKI, 20 yanvar. TELEQRAF

İqtisadiyyat naziri Mikayil Cabbarov 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib.

Teleqraf xəbər verir ki, nazir faciənin 36-cı ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

"20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizliyini və sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. Ümumxalq Hüzn Günündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq", - qeyd edib.