BAKI, 8 yanvar. TELEQRAF
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və ya səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi ilə bağlı yeni qayda təsdiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası” təsdiqlənib. Eyni zamanda, bu sahəni tənzimləyən və 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarla təsdiq edilmiş əvvəlki qayda ləğv olunub.