BAKI, 8 yanvar. TELEQRAF

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Dəyişikliyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxslərin uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı müraciətləri dövlət rüsumundan azad edilib.

Belə ki, qanuna yeni əlavə olunan 9.1.20-1-ci maddəyə görə, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə müraciət edən şəxslər dövlət rüsumu ödəməyəcəklər.