BAKI, 22 dekabr. TELEQRAF

"2026–2029-cu illər üçün Naftalan neftinin və preparatlarının müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılması və tibbi tətbiqinin genişləndirilməsi üzrə Tədbirlər Proqramı" təsdiq olunub.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sənədə görə, proqram çərçivəsində:

Naftalan nefti ilə bağlı yeni tibbi araşdırmalar aparılacaq;

məhsulların tibbi məqsədlərlə istifadəsinin beynəlxalq səviyyədə təşviqi təmin ediləcək;

müalicəvi imkanların dünyada tanıdılması istiqamətində fəaliyyət genişləndiriləcək.

Səhiyyə Nazirliyi proqramın icrasını əlaqələndirəcək və hər il Nazirlər Kabinetinə hesabat təqdim edəcək.
Tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minib