BAKI, 19 dekabr. TELEQRAF
Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin yaradılması haqqında” 2025-ci il 30 iyun tarixli və “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2025-ci il 29 avqust tarixli fərmanlarının icrasını təmin etmək məqsədi daşıyır.
Qərara əsasən, Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” sənəddə dəyişiklik təsdiqlənib. Dəyişikliklər əlavə olunmuş sənəddə əksini tapıb və məxfi xarakter daşıyır.