BAKI, 17 dekabr. TELEQRAF
Nazirlər Kabineti “Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Sənədə əsasən, “Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları” təsdiq edilib və müvafiq əlavə ilə birlikdə qüvvəyə minib.