BAKI, 15 dekabr. TELEQRAF

2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.