BAKI, 15 dekabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Adil Ələsgər oğlu Abdullayevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Fərhad Nəriman oğlu Səmədova
polkovnik Seymur Taleh oğlu Qaraşova
“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.