BAKI, 15 dekabr. TELEQRAF
"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri müəyyən edilib.
Müşahidə Şurasının üzvləri isə aşağıdakılardır:
– Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;
– Azərbaycan Respublikası maliyyə nazirinin müavini;
– Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini;
– Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini.