BAKI, 12 dekabr. TELEQRAF
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu öndər Heydər Əliyevin anım günündə Fəxri xiyabanı ziyarət etməsi ilə bağlı "Instagram" sosial şəbəkə hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər".