BAKI, 11 dekabr. TELEQRAF

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini anıb, abidəsinin önünə gül dəstəsi qoyub.