BAKI, 9 dekabr. TELEQRAF

Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətlərini açıqlayıb.

Teleqraf xəbər verir ki, baş nazir prioritetlərin Dayanıqlı iqtisadi artımın dəstəklənməsi; İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi; Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi; 4 Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası; Təhsilin və innovativ inkişafın dəstəklənməsi; Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi; Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin edilməsi olduğunu bildirib.