BAKI, 5 dekabr. TELEQRAF

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunub.

Ali Məhkəmənin hakimi Aida Əli qızı Hüseynin vəzifəsi dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.

Qeyd edək ki, Aida Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq fakültəsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.