BAKI, 1 dekabr. TELEQRAF
Fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev vəzifəsindən azad olunub.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Teymur Mehdiyevin adı FHN-in saytında müavin siyahısından da çıxarılıb.
Qeyd edək ki, Teymur Mehdiyev dövlətə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.