BAKI, 1 dekabr. TELEQRAF
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahimlinin də ittiham olunduğu maddə bəlli olub.
Teleqraf-nın məlumatına görə, ona da AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Əli Kərimli və müşaviri Məmməd İbrahim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də aparılan cinayət işi çərçivəsində şübhəli şəxs qismində istintaqa cəlb olunublar.