BAKI, 30 noyabr. TELEQRAF
Milli Şuranın sədri Cəmil Həsənli DTX-də şahid qismində dindirildikdən sonra sərbəst buraxılıb.
Teleqraf xəbər verir ki, o, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində dindirilməsi üçün DTX-yə çağırılmışdı.
Qeyd edək ki, Cəmil Həsənli bu gün həyat yoldaşı ilə Dubaya getmək istəyərkən ölkədən çıxışına məhdudiyyət tətbiq edildiyini öyrənib.