BAKI, 29 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) AXCP sədri Əli Kərimlinin evində axtarış aparıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və sair sənədlər tapılıb.

Dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Əli Kərimli və müşaviri Məmməd İbrahim hazırda DTX-də dindirilir.