BAKI, 29 noyabr. TELEQRAF
AXCP sədri Əli Kərimli və müşaviri Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindirilir.
Bu barədə Teleqraf etibarlı mənbədən məlumat əldə edib.
Qeyd edək ki, bu gün AXCP sədri Əli Kərimli və Məmməd İbrahimin evində axtarış aparılıb. Partiya sədrinin evində aparılan axtarış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi ilə bağlıdır.