BAKI, 20 noyabr. TELEQRAF

Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahıda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədə əsasən, “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilib.

Belə ki, siyahıda “Quraşdırılacaq liftlərin sayı” sütununda göstərilən “200” rəqəmləri “207” ilə “141” rəqəmləri isə “148” ilə əvəz olunub.