BAKI, 17 noyabr. TELEQRAF
“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Sənədə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilib.
Nazirlər Kabinetinə altı ay müddətində mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin yeni Nümunəvi Əsasnaməyə uyğun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanaraq Prezidentə təqdim olunması tapşırılıb. Həmçinin, Nazirlər Kabinetinə fərmandan irəli gələn digər məsələlərin həlli tapşırılıb.