BAKI, 14 noyabr. TELEQRAF
Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati binanın və Səfirliyin konsulluq şöbəsi zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.
"Xoşbəxtlikdən bu zərbə insan tələfatına səbəb olmayıb", - deyə qeyd edilib.
Qeyd edək ki, Rusiya ordusunun 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin binasına düşüb. Məsələ ilə bağlı diplomata kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.