BAKI, 12 noyabr. TELEQRAF

Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Orxan Mürsəlov Göyçaya icra başçısı təyin olunub.