BAKI, 12 noyabr. TELEQRAF
Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sərəncamla bu vəzifəyə Vüqar Vahid oğlu Novruzov təyinat alıb.