BAKI, 8 noyabr. TELEQRAF
Ermənistan düzgün nəticə çıxara bilməmişdi.
Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.
“Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onlar Bakıda çay içəcəklər. Əslində onların arzuları həyata keçdi. Onların tankları bu gün Hərbi Qənimətlər parkındadır. İndi onlar özləri Azərbaycan təcridxanalarında çay içirlər”, - Prezident vurğulayıb.