BAKI, 28 aprel. TELEQRAF

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Heydər Məscidi və bir neçə memarlıq abidəsi mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.